Bia.Az

Paşinyandan Türkiyəyə şad xəbər

Dünya
 26-01-2025, 14:25     486

Biz “erməni soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin nə üçün baş verdiyini başa düşməliyik.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İsveçrədə erməni diasporunun üzvləri ilə görüş zamanı deyib.

O, “erməni soyqırımı” iddiasının tarixinin və necə ortaya atılmasının araşdırılmalı olduğunu bildirib:

“Biz bu məsələni necə və kimin köməyi ilə qəbul etdiyimizi bilməliyik. Necə olur ki, 1939-cü ildə bu mövzudan ümumiyyətlə heç yerdə bəhs edilmir, amma 1950-ci ildə anidən gündəmə gəlir? Aydınlaşdırılmalıdır”.

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Türkiyənin NATO koalisiyasına qoşulduğu ərəfədə “erməni soyqırımı” iddiasının sovet zamanında qəsdən ortaya atıldığını və şişirdildiyini demişdi.скачать dle 12.1