Amerikalı jurnalist: “Tramp Ukrayna məsələsində səhvini başa düşüb, o, anlayır ki…”

“Tramp Ukrayna ilə bağlı verdiyi bəyanatların tələsik olduğunu başa düşür”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı jurnalist Seymur Herş deyib.
Moskva və Kiyev arasında intensiv danışıqlar həqiqətən də davam edir və tərəflər razılığa gəlməyə yaxınlaşıb. Bununla belə, Ukrayna prezidenti Volodimir Zelenski simasını qorumağa və təslim olmaq kimi qəbul edilən güzəştlərdən qaçmağa çalışır. Tramp və komandası anlayır ki, tələsik razılaşma qərarı zəiflik kimi qəbul edilə və Rusiyanın təsirinin artmasına səbəb ola bilər”, – deyə jurnalist vurğulayıb