Bia.Az

Zelenski ilə Almaniyanın müdafiə naziri arasında vacib müzakirə

Dünya
 15-01-2025, 00:20     415

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Zelenskinin rəsmi "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, onlar hərtərəfli hava hücumundan müdafiə sisteminin inkişafı, Ukrayna müdafiə sənayesinə investisiyalar və döyüş meydanında əsgərlərə dəstək məsələlərini müzakirə ediblər.

Zelenski Ukraynaya bütün yardımların təxminən 16%-ni təmin edən Almaniyaya verdiyi dəstəyə görə minnətdarlığını bildirib.скачать dle 12.1