Bia.Az

Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verdi

Dünya
 15-01-2025, 00:16     419

Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam yanvarın 14-də istefa verib.

Axar.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Onun məhkəmənin üzvü və sədri kimi səlahiyyət müddəti 2027-ci il fevralın 5-də başa çatırdı.

Qeyd edək ki, ötən gün Livan Prezidenti Cozef Aun Nəvaf Salamı ölkənin Baş naziri təyin edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb.

 Salam parlamentin 128 üzvündən 85-nin dəstəyini qazanıb.скачать dle 12.1