Bəşər Əsəd xalqa müraciətdən imtina etdi
Suriya Prezidenti Bəşər Əsədin xalqa müraciəti baş tutmayıb.
Onun əvəzinə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının spikeri televiziya vasitəsilə çıxış edib.
Spiker Suriyanın təslim olmayacağını və mübarizəni davam etdirəcəyini deyib.
***
Suriya Prezidenti Bəşər Əsəd xalqa müraciət edəcək.
Globalinfo.az xəbər verir ki, İran parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü Yaqub Rzazadə Bəşər Əsədin Suriyadan getdiyi ilə bağlı məlumatların doğru olmadığını deyib.
O, bildirib ki, İran dini liderinin müşaviri və Məsləhət Şurasının üzvü Əli Laricani dünən Dəməşqdə Bəşər Əsədlə görüşüb.
“Əsəd və ailəsinin Suriyanı tərk etməsi ilə bağlı iddialar doğru deyil”.
Teleqram kanallarının yaydığı məlumata əsasən, bu gün yaxın saatlarda onun Suriya xalqına və beynəlxalq aləmə təcili müraciəti hazırlanır.