Bia.Az

Suriyada kritik durum: Dəməşqin bir addımlığında

Dünya
 8-12-2024, 02:28     648

Suriyada hökumət qüvvələrinə qarşı çıxan silahlı qruplar Dəməşqin ətrafına yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Suriya ordusunun bölmələri paytaxtın bir sıra ətraf rayonlarını tərk edib. Xüsusilə də Suriya Silahlı Qüvvələri 2018-ci ildə genişmiqyaslı əməliyyat zamanı hökumət qüvvələrinin nəzarətə götürdüyü Şərqi Qutadan geri çəkilib.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirib.скачать dle 12.1