Bia.Az

CHP hakimiyyətə gəlsə, Türkiyə Kiprdən imtina edəcək? – Sensasiya

Dünya
 22-11-2024, 15:21     393

İstanbulun CHP-dən olan deputatı Namiq Tanın Şimali Kipr Türk Respublikası ilə bağlı dedikləri şok effekti yaradıb.

Globalinfo.az xəbər verir ki, o, Türkiyənin Avropa İttifaqına daxil olması üçün Kipr böhranının həll edilməsinin zəruri olduğunu iddia edib.

“Biz qəbul etməsək də, Avropa İttifaqına gedən yol Kiprdən keçir. Bir sözlə, BMT-nin həll parametrləri iki icmalı, iki regionlu, lakin yeni federasiyanı nəzərdə tutur. Bunu birtərəfli qaydada gözardı etməyimiz işə yaramır.

Aradan illər keçib, lakin bizdən başqa heç kim Şimali Kipri tanımır. BMT-nin həll planı isə federasiya formatıdır”, – Namiq Tan bildirib.
Deputatın sözlərinə görə, Kipr məsələsini güc və sərt mövqe ortaya qoyaraq həll etməyə çalışmaq Türkiyənin xarici siyasətinin bütünlüyünə zərbə vurur.

Namiq Tanın çıxışı Türkiyə mediasında CHP-nin Şimali Kiprdən imtinası kimi dəyərləndirilib.скачать dle 12.1