Zelenski Rusiyanın Ukraynanı ballistik raketlə vurmasından danışdı: İlk dəfə…

“Rusiya qitələrarası ballistik raketlə Dnepri hədəf alıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.
“Bu gün yeni bir Rusiya raketi atıldı. Bütün xüsusiyyətləri – sürət və yüksəklik baxımından – qitələrarası ballistik raketlərə uyğun gəlir. Hazırda ekspertiza prosesi davam edir. Bu, dünyada belə silahların döyüşdə ilk istifadəsidir. Putinin Ukraynadan poliqon kimi istifadə etdiyi açıq-aydın görünür” – Zelenski deyib.
Qeyd edək ki, Rusiyanın Ukraynanın Dnepr şəhərinə qitələrarası ballistik raket atdığı barədə məlumat yayılıb.