“Oreşnik” müəmması: ABŞ öncədən məlumatlı olub, bəs Ukrayna?

Rusiya Ukraynanı “Oreşnik” ballistik raketi ilə vurmazdan yarım saat öncə ABŞ-a bildiriş göndərib.
Globalinfo.az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov deyib..
O bildirib ki, Rusiya ABŞ və ya digər dövlətləri əvvəlcədən məlumatlandırmayıb. Çünki Moskvanın belə öhdəliyi yoxdur.
Dünyanın nüfuzlu “CNN” telekanalı isə öz mənbəsinə istinadən ABŞ-ın Rusiyanın raket hücumundan əvvəlcədən xəbərdar olduğunu açıqlayıb.
Hətta Vaşinqtonun bu barədə Ukrayna və digər ölkələrə xəbərdarlıq göndərdiyi də bildirilib.