Bia.Az

Zelenskidən gözlənilməz açıqlama: “Rusiya qalib gəldi”

Dünya
 31-10-2024, 01:11     514

“Bu gün Rusiya Gürcüstanda qalib gəldi”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, Rusiya bu gün Gürcüstanda qalib gəlib, çünki ölkə Avropa İttifaqından daha çox Rusiya ilə dostluğu seçib.

“Rusiya Gürcüstanda əvvəlcə ərazinin bir hissəsini ələ keçirməklə, sonra isə hakimiyyəti dəyişməklə qalib gəlib.

“Putinə qarşı heç bir sanksiya yoxdur. Gürcüstanda çoxlu ruslar var. Onların seçimi Rusiya ilə dostluqdur, Aİ-yə daxil olmaq deyil. Bu gün Rusiya qalib gəldi. Onlar Gürcüstanın azadlığını əlindən aldılar. Əgər Qərb qırmızı xətlərdən danışmağa son qoymasa, bir-iki ilə Moldovanı da itirəcək. Gürcüstanla fərqimiz odur ki, biz daha çoxuq. Bizdə daha çox əhali var və rus olmaq istəməyənlərin sayı çoxluq təşkil edir.”, – Zelenski vurğulayıb.скачать dle 12.1