Bia.Az

Gürcüstana gətirilən ukraynalı snayperlər əslində kimdir?

Dünya
 31-10-2024, 01:06     494

Gürcüstanda keçirilən mitinqdə Ukraynadan gətirilən snayperlər görüntülənib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RT”, “TASS” və “RİA Novosti” kimi Rusiya agentlikləri bununla bağlı məlumat dərc ediblər.

Qeyd olunur ki, oktyabrın 28-də Ukraynada təlim keçmiş snayperlərin Gürcüstandakı etiraz mitinqlərində təxribatlar təşkil etmək üçün Gürcüstana gəldikləri haqda məlumat yayılmışdı.

“Novosti-Georgia” xəbər verir ki, Ukrayna və Gürcüstan şevronları ilə kamuflyaj geyinmiş şəxsləri guya hərbi qulluqçular kimi təqdim ediblər və onların fotolarını yayıblar.

“Mythdetector” layihəsi isə yayılan fotoşəkillərdə adi gürcü səyahətçilərinin əks olunduğunu açıqlayıb.

“Mən və dostlarım tez-tez gəzintiyə çıxırıq və bu paltarları geyinirik. Rahatlığa görə mitinqlərdə və buna bənzər tədbirlərdə hər zaman belə geyinirəm”, – layihə əməkdaşlarından biri Laşa Kaçiaşvili vurğulayıb.скачать dle 12.1