Baydendən israilə xəbərdarlıq: “Dəstəkləməyəcəyik”

“İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsini dəstəkləməyəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
Bayden jurnalistlərə açıqlamasında bildirib ki, İranın raket zərbələrinə cavab olaraq İsrail nüvə obyektlərini hədəfə almaq istəsə, ABŞ-ın reaksiyası mənfi olacaq.
“Biz bunu dəstəkləməyəcəyik və “yox” deyəcəyik”, – Bayden vurğulayıb.
Bayden bu açıqlamanı Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Böyük Britaniyadan olan Yeddilik Qrupunun liderləri ilə apardığı telefon danışıqlarından sonra edib.