Rusiya səfirini müşayiət edən avtomobil minaya düşdü: ölən və yaralananlar var – FOTO / YENİLƏNİB

Rusiyanın Pakistandakı səfiri Albert Xoryevin kortejinin ölkənin şimal-qərbində minaya düşməsi nəticəsində 1 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb.
Globalinfo.az xəbər verir ki, bunu Pakistanın Svat dairəsinin polis idarəsinin zabiti Zahid Ulla Xan bildirib.
***18:49
Pakistanda Rusiya səfiri Albert Xorevin olduğu nümayəndə heyətini müşayiət edən avtomobil minaya düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti” məlumat yayıb.
Məlumatda bildirilib ki, partlayış nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Diplomatik korpusun nümayəndələri xəsarət almayıb.