ABŞ Rusiyaya qarşı nüvə hücumuna hazırlaşır – SENSASİON DETALLAR

Hazırda nüvə silahından ilk hansı ölkənin istifadə edəcəyini təxmin etmək çətindir. Lakin ABŞ hələ də qlobal fəlakət törətmək gücünə malik ölkə kimi bir addım öndədir. Hələ Koreya müharibəsi zamanı amerikalı pilotlara müstəqil olaraq taktiki nüvə silahlarından istifadə etmək səlahiyyəti verilmişdi. Kapitan və mayor rütbəli komandirlər özləri vəziyyətin kritik həddə çatıb-çatmadığını müəyyən etməli və buna əsasən qərar verməli idilər.
İndi əsas sual ondan ibarətdir ki, ilk olaraq nüvə bombasını kim partladacaq?
Globalinfo.az-ın xəbərinə görə, keçmiş MKİ agenti və analitik Rey Makqovern hesab edir ki, Birləşmiş Ştatlar çarəsizlikdən Zelenskiyə kiçik nüvə bombası verə bilər. Onun sözlərinə görə, Zelenski məhz bu məqsədlə ötən ilin dekabrında ABŞ-a gəlib. Onu görüşə çağırıblar və Ukrayna liderinə nüvə ssenarisini həyata keçirmək tapşırılıb.
Üçüncü Dünya Müharibəsi gözlənilirmi?
“Amerika xalqının gözündə kiçik nüvə silahından istifadəyə bəraət qazandırmaq üçün müharibə gözləniləndir. Rusiya və Putin haqqında Amerika xalqının beyni yuyulur. Ona görə də, onlar bununla razılaşa bilərlər”.
Hərb elmləri doktoru Konstantin Sivkovun fikri isə belədir:
“Müharibə ehtimalı çox realdır. Təəssüf ki, Qərb indi ağır məğlubiyyətə uğrayıb və bunu başa düşür. Ukrayna dağıla bilər. Məqsəd “kiçik nüvə müharibəsi”nə başlamaq, cavab olaraq Rusiyanı nüvə silahından istifadəyə təhrik etməkdir. Onların istədiyi də budur, çünki başqa yolları yoxdur. Bunu etsələr, özləri üçün gözlənilməz nəticələrə malik son mərhələ olacaq”, – deyə Sivkov vurğulayıb.