Bia.Az

ABŞ-dan Ukraynaya 250 milyon dollarlıq jest…

Dünya
 7-09-2024, 00:45     353

ABŞ Ukraynaya 250 milyon dollarlıq yeni yardım paketi ayırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.

Bildirilir ki, Vaşinqton administrasiyası Ukraynaya silah-sursat da daxil olmaqla 250 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayırıb.

Sənəddə deyilir: “ABŞ Müdafiə Nazirliyi Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün əlavə hərbi yardım paketi elan edib.

 Paket 250 milyon dollar dəyərində qiymətləndirilir. Bura “RIM-7” zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, insan daşına bilən “Stinger” hava hücumundan müdafiə sistemləri, “AT-4″, TOW və Javelin tank əleyhinə raket sistemləri daxildir”.скачать dle 12.1