Bia.Az

Tarixi anlaşma çaxnaşma yaratdı – “Bizi satdınız, artıq Türkiyə...”

Dünya
 22-08-2024, 00:17     537

PKK terror təşkilatının liderlərindən biri Mustafa Karasu Türkiyə və İraq arasında imzalanmış müqavilə ilə bağlı danışıb.

Teleqraf.com xəbər verir ki, baş terrorçu İraq hökumətini onları satmaqda ittiham edib.

Ötən həftə Türkiyə və İraq müdafiə nazirləri tərəfindən “Hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə üzrə Anlaşma Memorandumu” imzalanıb. Türkiyə xarici işlər naziri Hakan Fidan müqaviləni tarixi gəlişmə kimi qiymətləndirib. Onun iraqlı həmkarı Fudan Hüseyn də bunun iki ölkənin tarixində ilk anlaşma olduğunu deyib. Müqavilənin bəndləri arasında Türkiyə ilə İraq arasında terrorla mübarizə üçün Bağdadda Birgə Təhlükəsizlik Koordinasiya Mərkəzi və Başikada Birgə Təlim və Əməkdaşlıq Mərkəzinin yaradılması da yer alıb.
Tarixi anlaşma terror düşərgəsində çalxalanma yaradıb.

PKK kanalına danışan terror təşkilatının liderlərindən olan Mustafa Karasu İraq hökumətini hədələyib: “Bu, şübhəsiz ki, İraqın marağında deyil, oyuna gəldilər. Mövcud hökumət, Sudani və köməkçiləri Türkiyə ilə bu əlaqələrə görə peşman olacaqlar. İraq tamamilə təslim oldu. Türkiyə ilə münasibətlərə görə iqtisadi sahə bir qədər rahatlaşacaq. Bu, satmaqdır, başqa mənası yoxdur”.

Baş terrorçu İraqın bundan sonra Türkiyə ilə anlaşmanı poza bilməyəcəyini söyləyib.

Anlaşma çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında terror hədəflərinə qarşı quru əməliyyatları aparacağı gözlənilir. Sərhəd bölgələrində terrordan təmzilənəcək ərazilərdə İraqın sərhəd qoşunları yerləşdiriləcək.скачать dle 12.1