MAQATE-nin baş direktorundan HƏYƏCAN TƏBİLİ: Zaporojye AES….

“Zaporojye atom elektrik stansiyasında nüvə təhlükəsizliyi vəziyyəti yeni PUA hücumu fonunda pisləşib”.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.
Rafael Qrossi bildirib ki, Zaporojye AES-in nüvə təhlükəsizliyinə təhdidlərin artdığını bir daha görürük.
MAQATE ekspertləri vurğulayıblar ki, son bir həftə ərzində onlar stansiyanın ərazisində intensiv hərbi fəaliyyət əlamətlərini müşahidə ediblər.
Qeyd edək ki, Zaporojye Atom Elektrik Stansiyasının mətbuat xidməti avqustun 17-də səhər saatlarında Ukraynaya məxsus pilotsuz uçan aparatın stansiyanın enerji blokları ilə hərəkət edən yolda yük endirdiyini bildirib.
Zaporojye AES Avropanın ən böyük, dünyada isə üçüncü atom elektrik stansiyasıdır.