Rusiyada 7 bal gücündə dəhşətli zəlzələ oldu

Kamçatkada 7 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 108 km cənub-şərqdə yerləşib,
İlkin məlumata görə, zəlzələ altı bal gücündə hiss olunub.
Məlumata görə, yeraltı təkanlar səbəbindən sakinlər evlərini tərk edib. Evlərdə mebellər aşıb, qab-qacaq qırılıb.
Zəlzələ Kamçatka vaxtı ilə saat 07:21-də (Bakı vaxtı ilə 22:21) qeydə alınıb.
Kamçatka sahillərində baş verən zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.