Bia.Az

Regionda savaş səsləri: Türkiyə hərbi müdaxilə edəcək – Danielyan

Dünya
 7-08-2024, 03:04     498

“İsrailin bütün siyasəti İranla konflikt yaradıb, ABŞ-ı regiona cəlb etməyə yönəlib”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Stepan Danielyan çıxış edib.

“Əgər bu konfliktin miqyası Azərbaycana qədər uzansa, o zaman Türkiyə məsələyə müdaxilə edəcək. İsrailin planı budur ki, gərginlik nəticəsində eskalasiya yaransın, Türkiyə və İran toqquşsun. Yəni islam dünyası arasında parçalanma olsun”, – S.Danielyan iddia edib.

Ekspert Azərbaycan üçün indiki dönəmdə bu müharibənin sərfəli olmadığını söyləyib.

Onun sözlərinə görə, ABŞ və Rusiya bu məsələdə konsultasiyalar aparıb, addımlarını müəyyənləşdiriblər.

“Əgər fəaliyyətlər koordinasiya edilirsə, bu o deməkdir ki, Ukraynadakı müharibənin hesabına hansısa razılıq əldə oluna bilər”, – Danileyan qeyd edib.скачать dle 12.1