Bia.Az

Yeni hərbi texnikalar daşınır – Qonşu ölkəni böyük hücum gözləyir

Dünya
 7-08-2024, 02:33     501

“Foreign Affairs” nəşrinin məlumatına görə, Ukrayna döyüş meydanında vəziyyəti dəyişir. Rusiya ordusuna qarşı böyük hücum başlayıb. Minlərlə dronlar havaya qalxıb, rus tanklarını, təyyarələrini məhv edir. Ukraynanın aldığı “F-16”-larla Krımda yerləşdirilən “S-500”-lərin sıradan çıxarılması və Krım körpüsünün vurulması əməliyyatı planlaşdırılır.

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Ramiyə Məmmədova deyib ki, ABŞ-da prezident seçkiləri üçün təşkil olunan teledebatlar zamanı Prezident Co Baydenin səsləndirdiyi fikirlərə görə, o, uduzsa belə, Ukraynaya yardımlar davam edəcək:

“Qərb Rusiyanın uduzmasını əsas şərt kimi qəbul edib. Lakin müharibənin tempinə nəzər salsaq görərik ki, Rusiya irəliləyib və Ukraynanın vəziyyəti o qədər də yaxşı deyil. Artıq Kiyev ətrafına belə bombalar yağdırırlar. Bununla da göstərməyə çalışırlar ki, Ukrayna bu gün həmin müharibədə qalib tərəf ola bilər. Faktiki olaraq rəsmi Kiyev müharibəni çoxdan uduzub. Sadəcə Ukraynanı hələ də silahlandırmaqla, Qərb ölkələri müharibənin yönünü dəyişməyə çalışırlar.

Ramiyə Məmmədova: “Əsəd Türkiyənin geri çəkilməsini istəyir”
Ramiyə Məmmədova

ABŞ-da prezidentliyə namizəd Donald Tramp müharibənin dayandırılması istiqamətində fikirlər səsləndirir. Ukrayna Prezidenti Volodimir Zelenski də prosesin tezliklə bitirilməsi istiqamətində göstərişlər alıb”.

Politoloqun sözlərinə görə, Ukrayna yavaş-yavaş danışıqlar masasına oturmağa hazırlaşır:

“Ukrayna Rusiya ordusuna qarşı böyük müharibəyə başlamaq səviyyəsində deyil. Sadəcə kiçik həmlələr edə bilər ki, bu da nəticəsiz olacaq. Bu müharibədə ABŞ Rusiyaya uduzub və bunu qəbul etmək istəmir. Rəsmi Vaşinqton və Moskva danışıqlar masasına əyləşib prosesi bitirməlidir. Lakin buna da Bayden hakimiyyəti imkan vermir. Fikrimcə, Donald Tramp hakimiyyətə gələrsə, müharibə fərqli yön alacaq”.скачать dle 12.1