Saakaşvilidən anons: “Oktyabra hazır olmalıyıq!”

“Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası parlament seçkisini uduzacaq, lakin nəticələri saxtalaşdıracaq”.
Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsində deyib.
O, gürcü xalqını seçkilərin nəticələrini boykot etməyə çağırıb:
“Biz inqilaba hazırlaşmırıq, gərək seçkilərə hazırlıq görək, prosesi izləyək, səsimiz üçün mübarizə aparaq. Onlar saxta nəticələri elan etdikdən sonra hazır olmalıyıq. Yüz minlərlə insan günlərlə, həftələrlə, aylarla küçələrdə qalacaq. Biz onlara gürcü xalqının real seçimini etiraf etdirənə qədər bu davam edəcək”.
“Biz milyonlarıq və gərək müdafiə olunub, qələbəni bayram edək. Zəfəri yalnız döyüşlə qazanmaq olar, başqa variantımız yoxdur. Baxın, onlar qorxublar və buna görə bizi burada qorxutmağa çalışırlar. Bu, hamının hər şey haqqında bildiyi ilk və bizim nəyisə dəyişə biləcəyimiz son seçki olacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi 26 oktyabrda keçiriləcək.