Bia.Az

Surenyants Bakının dostunu müdafiə etdi: “Ayağa qalxacağıq”

Dünya
 29-07-2024, 02:55     465

“Macarıstanın Baş naziri Viktor Orban Rusiya rəhbərliyinin “hiperrasional” olduğunu və Ukraynanın heç vaxt Avropa İttifaqına (Aİ) , yaxud NATO-ya daxil olmaq ümidinin reallaşmayacağını bildirib”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

O, V.Orbanın haqlı olduğunu və başqalarının da onunla eyni fikri paylaşdığını bildirib:

“Hesab edirəm ki, Aİ-də bu fikirdə olan yeganə şəxs Orban deyil. O, sadəcə digərlərinin susduğu məsələni tez-tez səsləndirən yeganə şəxsdir. Ukrayna çox ciddi bədəl ödədi. Əslində dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdi. Lakin yenə də NATO və Aİ-yə qəbul edilmədi. Bu arqumentlərin Ermənistanın “ukraynalaşdırılması” həsrətində olan psevdoqərbliləri rasionallaşdıracağını düşünmürəm.  Amma bəlkə də cəmiyyətimizi ayağa qaldırmaq üçün kifayət edər”.скачать dle 12.1