Bia.Az

SSRİ-nin bərpası haqda açıqlama aranı qatdı – Hədəfdə hansı ölkə var?

Dünya
 23-07-2024, 12:11     447

Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiyanın Ukrayna ilə kifayətlənməyəcəyini deyib. O iddia edib ki, Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin bərpa etmək niyyətindədir.

Mövzu ilə bağlıGlobalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Putin SSRİ-nin dağılmasını XX əsrin ən böyük bəlası adlandırıb:
“Doğrudur, hazırda rəsmi Moskva Kiyevdə üstünlük əldə edərsə, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan və digər ölkələrə təzyiq edə bilər. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili qeyd edib ki, Ukrayna məsələsi uğurlu alınsa, Rusiya Gürcüstana iki Qara dəniz portundan və iki quru ərazidən hücum edərək onu nəzarətə götürəcək. Bu baş versə, Azərbaycanın neft-qaz kəmərləri, strateji, kommunikasiya xətləri, Türkiyəyə çıxışı və s. Rusiyanın nəzarətinə keçər.

Xatırlayın, Ukraynaya hücum ərəfəsində Moldovada da qeyri-sabitlik başlamışdı. Prezident öz tərəfdarlarını baş naziri devirməyə çağırırdı.
Bu mənada fikrimcə, Rusiyanın Ukraynada birmənalı qələbəsi ambisiyalarını artıracaq”скачать dle 12.1