Rusiyanın bölünməsinə hazırlıq gedir – Vuçiç

“Qərb ölkələri hazırda Rusiya ilə birbaşa konfliktə aktiv hazırlıq aparırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
O, Qərbin bəzi ölkələrinin Rusiya ərazilərini bölməyi zamanında təklif etdiyini xatırladıb:
“Siz gərək onlara qalib gələsiniz, çünki Rusiya özünü qorumağa hazırdır. Mənim sualım odur ki, Qərb özü buna hazırdırmı? Cavabı odur ki, heç kim hazır deyil. Onlar məsafədən, kiməsə pul yatırıb savaşmaq istəyirdilər. Amma indi buna da hazır deyillər. Qərb Rusiya ilə konfliktə sürətli şəkildə hazırlanır. Biz bunu hərbi hazırlıqlara əsasən bilirik”, – o bildirib.
Serbiya lideri hesab edir ki, Qərb Rusiya üzərində qələbəni yalnız Vladimir Putinin ölümündən sonra qazana bilər.