Bia.Az

Ermənistan seçim qarşısında: Rusiya və ABŞ-la əlaqələri necə balanslaşdıracaq?

Dünya
 21-07-2024, 02:30     485

“Ermənistan Rusiya ilə davamlı müdafiə əlaqələri və Qərb ölkələrinin artan təsiri arasında balans tapmalı olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq və təhlükəsizlik üzrə ekspert David Arutyunov deyib.

“Bu həftə ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində işləyəcəyini təsdiqləyib. Əlbəttə ki, kurs dəyişir və məqsəd orduda Qərb modellərinə və yanaşmalarına uyğun olaraq islahatlar aparmaqdır. Lakin ordu ətalətli bir strukturdur və Ermənistanda xeyli sayda rus hərbçiləri var. Ona görə də, rəsmi İrəvan Rusiya ilə əlaqələri artan Qərb təsiri ilə birləşdirməli olacaq. Lakin Rusiyanın timsalında əməkdaşlıq məsləhətləşmələr və ya texniki xidmətlərlə məhdudlaşmır. Rusiya hərbi bazası Ermənistanın hava hücumundan müdafiə sistemi ilə sıx bağlıdır. Bu problemin necə həll olunacağı bəlli deyil. Çünki Ermənistan hələlik Rusiya bazasını çıxarmağı planlaşdırmır. Lakin hava hücumundan müdafiə sahəsində əlaqələri kəsməyə cəhd edilə bilər”, – deyə Arutyunov vurğulayıb.скачать dle 12.1