Bodrumda +45 dərəcə: Asfalt əridi – FOTO
Türkiyənin əhəmiyyətli turizm məkanlarından biri olan Bodrumda havanın temperaturu +45 dərəcədir.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, kəskin istilərlə əlaqədar Etrim, Kumköy və Pınarlıbelen məhəllələri arasındakı yollarda asfalt əriyib.
Asfaltın əriməsi səbəbindən ərazidən keçənlər və sürücülər çətin anlar yaşayıblar.
Meteorologiya qurumundan yaxın həftələrdə isti dalğasının mövsümi normalara dönəcəyini bildiriblər.