Bia.Az

Maşını restoranda əyləşənlərin üzərinə sürdü: ölən var

Dünya
 18-07-2024, 00:27     516

Fransanın paytaxtı Parisdə naməlum kişi avtomobili restoranın terrasında əyləşən müştərilərin üzərinə sürüb.

Axar.az “Actu17”yə istinadən xəbər verir ki, 20-ci dairədə, Per-Laşez prospektində baş verən hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.

Sürücü ərazidən qaçsa da, polis avtomobilin sərnişinlərdən birini yaxalayıb.

Olayın məqsədli şəkildə törədildiyi, yaxud adi qəza olduğu məlum deyil.скачать dle 12.1