Bia.Az

İsrail vurdu, Əsədin biznesmen dostu öldü - Foto

Dünya
 16-07-2024, 00:40     463

Əsəd ailəsinə yaxın olan tanınmış suriyalı iş adamı Məhəmməd Baraa əl-Qatırcı İsrailin hücumu nəticəsində ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumatda iş adamının İsrailin Livan-Suriya sərhədi yaxınlığındakı əraziyə endirdiyi zərbə nəticəsində həyatını itirdiyi bildirilib.

İş adamı qardaşı Hussam əl-Qatırcı ilə birlikdə neft, logistika, nəqliyyat və tikinti sahəsində böyük biznes qurub. Qatırcı eyni zamanda Əsədə yaxın olduğu üçün ABŞ tərəfindən sanksiyaya məruz qalıb.скачать dle 12.1