“Üçüncü Dünya Müharibəsi olacaq”, sualına Ərdoğan belə cavab verdi

“Qərb hələ Ukraynada istədiyi nəticəni əldə etməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, hələ dünyada Üçüncü Dünya Müharibəsinin riskləri görünmür.
“Qərb bütün mümkün dəstəyə baxmayaraq, Ukraynada hələ də istənilən nəticəni əldə etməyib. Dünya sürətlə dəyişir. Bu sürətli dəyişikliklərdə güclərin rolu xüsusilə böyükdür. Məsələn, Rusiya Çinlə həmrəydir. Bu vəziyyət Qərbi ciddi şəkildə narahat edir. Qərb Ukraynaya hər cür dəstək verir. Pul, silah və döyüş sursatları da daxil olmaqla verilən dəstəyə baxmayaraq, onlar Ukraynada gözlədikləri nəticəni hələ əldə edə bilməyiblər. Eyni səhvləri etməmək üçün biz müharibədən deyil, sülhdən danışmalıyıq. Hər bir addım eskalasiyaya deyil, sülhə yönəlməlidir. Biz sülhü təmin etmək üçün planlar hazırlamalıyıq”, – Ərdoğan vurğulayıb.