Stoltenberq: Rusiyanın bizi qorxutmaq cəhdləri əks nəticə verir

NATO-nun baş katibi Yens Stoltenberq: "Rusiyanın bizi qorxutmaq cəhdləri əks nəticə verir. Əksinə, NATO üzvləri Rusiyaya qarşı öz dəstəklərini artırırlar", - deyə bildirib.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodomir Zelenski və Stoltenberq NATO Sammiti çərçivəsində mətbuat konfransı keçirib.
NATO-nun baş katibi Stoltenberq “dönməz” yolda olan Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyəcəyini bəyan edib. Ukraynanın beynəlxalq hüquq çərçivəsində özünümüdafiə hüququna malik olduğunu vurğulayan Stoltenberq: “NATO müttəfiqlərinin də münaqişəyə qarışmadan Ukraynanın özünümüdafiə hüququnu dəstəkləmək hüququ var”, - deyib.
Stoltenberq qeyd edib ki, özünümüdafiə hüququna uyğun olaraq, Ukraynanın təcavüzkar Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək hüququ var. Üzv ölkələrin Ukraynaya göndərdikləri silahların istifadəsinə qoyulan məhdudiyyətləri azaltdıqlarını bildirən Stoltenberq bunun Ukraynanın Rusiyadakı hərbi hədəfləri vurmasına zəmin hazırladığını bildirib.
Stoltenberq bildirib ki, Rusiya müxtəlif təşəbbüslərlə NATO üzvlərini Ukraynaya verdikləri dəstəyə görə qorxutmağa çalışır: "Rusiya bizi qorxutmağa çalışır, amma bu cəhdlər əks nəticə verir. Əksinə, NATO üzvləri Kremlin hədələriniə qarşı Ukraynaya öz dəstəklərini daha da artırırlar", - deyə qeyd edib.
Ukrayna prezidenti Zelenski silah dəstəyi verən ölkələrdən qalib gəlmək üçün “bütün məhdudiyyətləri” aradan qaldırmağı xahiş edib. “Torpaqlarımızı işğal edən, canımızı almaqda davam edən, öləmizi parçalamaq istəyən Rusiyadır”, - deyən Zelenski bildirib ki, Moskva mahiyyətcə başqa ölkələrə nə edə biləcəyini göstərmək istəyir.
Zelenski: “Biz bütün tərəfdaşlarımızla birliyi qorumalıyıq. Biz Rusiyanın işğalçı müharibələri normallaşdırmasına imkan verməməliyik”, - deyib.
Ukraynanın NATO Sammiti çərçivəsində konkret nailiyyətlər əldə etdiyini deyən Zelenski, bu qərarların Ukrayna xalqı və övladları üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Zelenski bu gün üzv ölkələrlə “Ukrayna sazişi”ni imzalayacaqlarını və bunun Ukraynanın təhlükəsizlik arxitekturası üçün vacib olduğunu bildirib.
NATO üzvlüyünə getdikcə yaxınlaşdıqlarını deyən Zelenski, üzv olmaq üçün lazım olan bütün addımları atacaqlarını vurğulayıb.
NATO Sammiti çərçivəsində üzvlər Zelenskinin iştirakı ilə rəhbərlik səviyyəsində NATO-Ukrayna Şurasını çağırıb. Sessiyanın əvvəlində qısa bir çıxış edən NATO-nun baş katibi Stoltenberq “Ukraynanın qələbə qazanması üçün təməllər qoyuruq” deyib. Stoltenberq Ukrayna üçün çox əhatəli yardım paketini qəbul etdiklərini xatırladıb və əlavə qərarların bu gün veriləcəyini bildirib.
Bu qərarların NATO-nun dəstəyini açıq şəkildə nümayiş etdirəcəyini bildirən Stoltenberq, Ukraynanın gələcəyinin NATO-da olduğunu da təsdiqləyəcəklərini bildirib.