Bia.Az

Simonyandan xəbərdarlıq: “Təhrik etməyin, yoxsa…”

Dünya
 12-06-2024, 00:57     371

“Polisi təhrik etməyə çalışmayın”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O, “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyanın səmimiyyətinə inandığını deyib.

“Amma mən cənab Danielyanla razı deyiləm. Qoy Danielyan mandatını tərk etməsin. Əksinə böyük fəlakətlərin müəllifi olan “Daşnaksütyun”u tərk etsin və Ermənistanda nə baş verdiyini anlasın”, – Simonyan bildirib.

Parlament sədri sabah təxribatların olacağını istisna etməyib.

“Bütün deputatlar sabah işə gələ bilərlər. Lakin onlar polisi təxribata çəkməyə çalışmamalıdırlar”.

Simonyan Ermənistan vətəndaşlarına da müraciət edib:


“Təxribatlardan uzaq durun, sizi ruhlandıran yalanlara boyun əyməyin ki, cinayət işlərinə cəlb olunmayasınız”.скачать dle 12.1