İsrail daha bir ölkədə darmadağın əməliyyatına başlaya bilər

ABŞ Dövlət katibi Entoni Blinken Misirə səfər edib. Bildirilir ki, səfərin məqsədi HƏMAS və İsrailə təzyiqləri artırmaq, Qəzzada atəşkəsə nail olmaq və müharibənin Livana keçməsinin qarşısını almaqdır.
ABŞ Yaxın Şərqdə sülh yaratmağa çalışır, yoxsa savaşa rəhbərlik edir?
Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, BMT Təhlükəsizlik Şurası ABŞ-ın İsrail və HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib:
“Bütün bunlar ABŞ-ın apardığı açıq və gizli siyasətlə bağlıdır. Vaşinqton HƏMAS məsələsini birdəfəlik dayandırmaq istəyir, lakin ikili oyun oynayır. Prezident Co Bayden seçkilərə görə özünün sülh proyektini həyata keçirməyə çalışır. Sülhün təmin olunması ilə əlini gücləndirmək istəyir. İstənilən halda İsrail məsələdə qarşısına qoyduğu məqsədlərə çata biləcək”.
Politoloqun sözlərinə görə, müharibənin Livanın cənubuna keçməsi də mümkündür və Təl-Əviv Hizbullahı darmadağın edərək geri oturtmağa çalışacaq.