ngiltərədə bağırsaq çöpləri epidemiyası həyəcanı: 113 hadisə qeydə alınıb

İngiltərənin İctimai Səhiyyə Agentliyi (UKHSA) bu gün ölkə daxilində 113 nəfəri təsir edən "E.coli" (bağırsaq çöpləri) xəstəliyinin yayıldığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, səlahiyyətlilər "E.coli"nin milli miqyasda paylanan yeməkdən sonra zəhərlənmələr olduğunu bildirdi və simptomlar arasında şiddətli və bəzən qanlı ishal, mədə sancmaları, qusma və qızdırma olduğunu vurğulayıb.
UKHSA verdiyi açıqlamada: “Mövcud araşdırmada nümunələrin bütün genom ardıcıllığı göstərir ki, əksər hallar tək bir epidemiyanın simptomlarıdır. Hadisələrin geniş coğrafi yayılmasına əsaslanaraq, çox güman ki, bu epidemiya milli miqyasda paylanmış qida məhsulu və ya çoxlu ərzaq məhsulları ilə bağlıdır. Yayılmaqda olan bu epidemiyanın mənbəyi hələ təsdiqlənməyib, lakin hazırda epidemiyanın açıq təsərrüfatlar, içməli su və ya çirklənmiş dəniz sularında, göllərdə və ya çaylarda üzgüçülüklə əlaqəli olduğuna dair heç bir sübut yoxdur", - deyə qeyd edilib.
Bu epidemiya çərçivəsində 25 may tarixinə 113 yoluxma faktının qeydə alındığını bildirən səhiyyə rəsmiləri, "E.coli"yə yoluxanların yaş həddinin 2 ilə 79 yaş arasında olduğunu və əksəriyyətin gənclər təşkil etdiyini bildirib.
UKHSA-dan ümumiyyətlə, illik olaraq orta hesabla 1500 hadisə gördüklərini, lakin bu epidemiyada genom sıralama tədqiqatı tamamlandıqdan sonra daha çox hadisə gözlədiklərini bildiriblər.