Bayden öz oğlunu əfv etməyəcək

Bayden oğlu Hanterin cəzasını qəbul edəcək və onu əfv etmək haqda düşünməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti özü açıqlama verib.
Qeyd edək ki, hazırda Hanter Baydenə qarşı qanunsuz silah daşıma ilə bağlı cinayət işinə baxılır.
ABŞ prezidenti Hanterin təqsirli bilinəcəyi təqdirdə onun əfv olunmayacağını açıqlayıb.
Prezidentin oğluna qarşı elan edilən ittihama görə, o, narkotik istifadəçisi olub. Bu, onun silah almaq hüququndan məhrum edib. Lakin buna baxmayaraq Hanter Bayden qanunsuz silah alaraq saxlayıb.
Bu əməlinə görə, onu 25 ilə qədər həbs və 750 min dollar cərimə gözləyir.