Paşinyan təcili iclas keçirdi: Bu məsələlər müzakirə olundu

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə iclas keçirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, iclasda vergi sistemi, mövcud problemlər və onların həlli yolları ilə bağlı məsələlər müzakirə edilib.
Paşinyan vahid vergi sisteminə keçməyin vacibliyindən danışıb. Müzakirələrdən sonra Nikol Paşinyan vergi sektorunun təkmilləşdirilməsi istiqamətində zəruri addımların davam etdirilməsi barədə göstəriş verib.