Bia.Az

Uşaqlara təcavüz edən şəxsə 293 il HƏBS

Dünya
 5-06-2024, 16:55     288

İstanbulda məhkəmə uşaqlara təcavüzdə təqsirləndirilən 60 yaşlı Metin Şenay barəsində hökm elan edib.
 
"Cebhe.info" “Milleyet”-ə istinadən xəbər verir ki, ona 293 il 6 ay həbs verilərək azadlıqdan məhrum edilib. İttiham tərəfi Şenaya 331 il 6 ay həbs cəzası istəyib. Lakin hakim 293 il 6 ayla kifayətlənib. İstintaqın məlumatına görə, pedofil Bağçılar rayonunda su satışı ilə məşğul olan kiçik mağazada işləyirmiş. O, 2019-2023-cü illərdə mağazada gizli, pəncərəsiz, səskeçirməyən otaqda uşaqlara təcavüz edib. 

Otağın divarına bütün qurbanlarının adlarını yazıb. Bildərək ki, ən azı dörd zorlama faktı sübuta yetirilib. Qurbanlar arasında onun qohumlarının uşaqları da var.скачать dle 12.1