Bia.Az

İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatdı

Dünya
 3-06-2024, 22:01     397

İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, son qeydiyyat günündə 43 nəfər müraciət edib.

“Bu gün saat 18:00-da 14-cü prezident seçkilərində iştirak etmək üçün müraciət edən namizədlərin qeydiyyatı başa çatıb. Ümumilikdə, beş gün ərzində seçki qərargahı İran prezidenti postu uğrunda mübarizə aparmaq istəyən 80 namizədi qeydə alıb”, – deyə məlumatda vurğulanıb.
Bu arada İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxbər qarşıdan gələn növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürməyib.

Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 28-də, lazım gələrsə, ikinci tur iyulun 5-də keçiriləcək.скачать dle 12.1