Bia.Az

“KTMT Ermənistanı “pəncəsindən” buraxmaq istəmir, amma İrəvan …” – Arşakyan

Dünya
 3-06-2024, 21:58     376

“KTMT və Moskva hələ də qəbul edə bilmir ki, baş verən proseslərdən sonra həm təşkilatın, həm də Rusiyanın Ermənistan cəmiyyətində nüfuzu tamamilə zədələnib”.

Globalinfo.az xəbər verir ki, bunu analitik Tevos Arşakyan deyib.

“Aydındır ki, İmanqali Tasmaqambetov KTMT-nin baş katibi olsa da, əslində sadəcə texniki fiqurdur. KTMT-də əsl güc Rusiyadadır və Tasmaqambetov məhz Kremlin adından çıxış edir. Görünür, Moskva hələ də Rusiyanın erməni cəmiyyətində reputasiyasının tamamilə zədələnməsini qəbul edə bilmir. Bu gün Ermənistan şəhərlərində sorğu keçirsək, cəmi bir neçə nəfər Rusiyanın bizim müttəfiqimiz olduğunu deyəcək. Lakin 2015-ci ildə ölkə əhalisinin yarıdan çoxu rusları bizim əsas müttəfiqimiz hesab edirdi. Rusiya özü bizə xəyanət edərək Ermənistanda reytinqini sıfırladı. Deməli, burada yalnız özləri günahkardırlar. Artıq heç bir perspektiv yoxdur. Biz NATO və Aİ-yə doğru irəliləyirik. Və bununla bağlı artıq çox işlər görülüb. Bundan əlavə, rus hərbi məktəbi artıq öz faydalılığını başa vurub. Ukrayna ilə müharibə bunun bariz sübutudur. Ona görə də biz ordunu KTMT nümunələri ilə deyil, NATO modeli ilə gücləndirməliyik. Ancaq KTMT və Aİİ-dən çıxana qədər onlar bizə kömək etməyəcəklər.”, – Arşakyan vurğulayıb.скачать dle 12.1