Planetdəki neft ehtiyatı nə vaxtsa tükənə bilərmi?

“Yaşadığımız planetdə neft ehtiyatları heç vaxt bitməyəcək. Çünki onun bir hissəsi Antarktida kimi əlçatmaz yerdədir. Digər ehtiyatlar isə yerin o qədər dərinliyindədir ki, biz onun miqdarını hesablaya bilmərik”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Live Science” elm xəbər saytı məlumat dərc edib.
“Təxminən 165 il bundan əvvəl insanlar bu təbii sərvəti çıxarmağa başlayıb. “Rystad Energy” tərəfindən 2023-cü ildə aparılan araşdırmaya görə, dünyada təxminən 1,6 trilyon barel çıxarıla bilən neft ehtiyatı qalır. Lakin bu rəqəm bir az mübahisəlidir. Çünki, 2012-ci ildə ABŞ Geoloji Xidməti onu 565 milyard barel qiymətləndirib. Sənaye mütəxəssisləri neft ehtiyatlarının təxminən 50 il istismar olunacağını deyirlər. Lakin yaşadığımız dünya enerji mənbəyi kimi neftdən uzaqlaşdıqca tələbin azalması ehtimalı var. Məsələn, 2023-cü ilin oktyabrında Beynəlxalq Enerji Agentliyi neft istehlakının 2030-cu ilə qədər pik həddə çatacağını və bundan sonra azalacağını proqnozlaşdırır. Bu, o deməkdir ki, neft ehtiyatları hələ daha uzun müddət üçün kifayətdir”, – nəşr yazıb.