Erməni keşiş xəbərdarlıq etdi: “Ya bizə cavab verəcəklər, ya da…”

“Sabah saat 10:00-da Ermənistan İstintaq Komitəsinə gedəcəm”.
Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.
“Biz Surb Xaç kilsəsinin həyətinə yığışacağıq və saat 10:00-da İstintaq Komitəsinə gedəcəyik. Tələblərimizin nədən ibarət olacağını yerindəcə söyləyəcəyəm. Ya bizə cavab verəcəklər, ya da öz əməllərimizdə sərbəst olacağıq” dedi.
Erməni keşiş yaxın gələcəkdə Vanadzor (Böyük Qarakilsə) və Vardenisə (Basarkeçər) getməyi planlaşdırdıqlarını açıqlayıb.
“Növbəti həftə ərzində böyük mitinq elan edəcəyik və bu qaçılmazdır. Bu mitinq qələbəyə aparan konkret addımların atılması istiqamətində mühüm mərhələ olacaq”, – deyə Qalstanyan vurğulayıb.