Bia.Az

Ermənistan ordusunun “istiqaməti” dəyişir – Hara gedirlər?

Dünya
 31-05-2024, 16:42     354

ABŞ-ın hərbi məsləhətçiləri Ermənistan, Moldova və Ukraynanın müdafiə nazirliklərinə, eləcə də Balkan ölkələrinə göndərilib. İddia olunur ki, amerikalı müşavirlər sözügedən ölkələrin nazirliklərini ABŞ-ın qurumlarına uyğunlaşdırmalı və Rusiya modelindən uzaqlaşdırmalıdırlar.

Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, ABŞ-ın hərbi müşavirlərinin göndərilməsi geostrateji maraqların mübarizəsinin sahəyə yansımasıdır:

“Müşavirləri Ermənistana və ya digər ölkələrə göndərməklə düşünürlər ki, gələcəkdə həmin dövlətlərin NATO ölkələrinin hərbi qurumlarına inteqrasiyasını təşkil edəcəklər və hərbi-texniki dəstək veriləcək. Gələcəkdə Ermənistan Rusiya forpostluğundan qurtula bilsə, ABŞ-ın ya da Avropa ölkələrinin təhlükəsizlik çətiri altına keçəcək. Yəni bu, planlanmış məsələdir”.

Hərbi ekspertin sözlərinə görə, bütün proses Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır:

“Rusiya strateji məğlubiyyətə uğradılarsa, avroatlantik inteqrasiyanı yol xəritəsi seçən postsovet ölkələri həmin yolu davam etdirə biləcəklər. Rusiya qalib gəlsə, öz ambisiyalarını digər ölkələrin üzərində davam etdirəcək. Ermənistan və Rusiya münasibətləri hələ bitməyib. ABŞ Rusiyanın əleyhinə hərəkət edən dövlətləri dəstəkləməyə başlayır. Düşünürlər ki, gələcəkdə Ermənistanın Cənubi Qafqazda təhlükəsizliyinə nail olacaqlar”.скачать dle 12.1