Bia.Az

Qalstanyan hücum əmri verdi: İrəvandan xəbərdarlıq – VİDEO

Dünya
 31-05-2024, 16:35     360

İrəvanda Xarici İşlər Nazirliyinin qarşısında etirazçılarla polis arasında toqquşma olub. 

BİA.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Aksiyalar zamanı 16 nəfərin saxlanıldığı bildirilir.

***
Ermənistanda etiraz aksiyası keçirən keşiş Baqrat Qalstanyan tərəfdarlarına Xarici İşlər Nazirliyinin binasına hücum etməklə bağlı əmr verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqramın erməni seqmentində məlumat yayıb.

Ermənistan təhlükəsizlik orqanları XİN-in binasına hücumun nəticələri olacağına dair xəbərdarlıq edib.

***14:06

Ermənistanın paytaxtı İrəvan şəhərində qarşıdurma yaranıb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, İrəvanda Xarici İşlər Nazirliyinin binasında keşiş Baqrat Qalstanyanın tərəfdarları ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.

Hazırda binanın qarşısına əlavə polis qüvvələri cəlb olunur.

“Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan xarici işlər naziri Ararat Mirzoyandan etirazçıların yanına gəlməsini tələb edib, əks təqdirdə, özlərinin birbaşa nazirin otağına getməyə hazır olduqlarını bəyan edib.

Erməni Telegram kanalları Qalstanyanın qadınlara geri çəkilmələri üçün göstəriş verdiyini və insanları toqquşmağa hazırladığına dair məlumat yayıb.
скачать dle 12.1