Bia.Az

Qərb mediasından sensasiya: Zelenski ABŞ-ın bu planından qorxur

Dünya
 31-05-2024, 00:38     394

“Zelenski ABŞ-ın Rusiya ilə sülh danışıqlarına başlamaq planlarından qorxur”

Globalinfo.az xəbər verir ki. bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukrayna lideri rus əsgərlərinin uğurları fonunda daha emosional və əsəbi olub. Zelenski hesab edir ki, Birləşmiş Ştatlar ölkədə keçiriləcək prezident seçkilərinə qədər Rusiya ilə Kiyevin dəvət olunmayacağı sülh danışıqları təşkil edə bilər.

Nəşrin məlumatına görə, Zelenski Ağ Evin Rusiyanın neft infrastrukturuna hücumlarla bağlı mövqeyindən qəzəblənib. Çünki Birləşmiş Ştatlar qara qızılın dünya qiymətlərinin artmasından qorxur və ona görə də, Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını dəstəkləmir. Üstəlik bu, ABŞ-ın hazırkı prezidenti Co Baydenin reytinqinə təsir göstərə bilər.

Qeyd olunur ki, Ukrayna ilə ABŞ arasında münasibətlər Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri ən aşağı səviyyəyə düşüb. ABŞ-ın “sülh sammiti”nə yüksək səviyyəli dəstək göstərməməsi bunun bariz sübutu kimi xarakterizə olunur.скачать dle 12.1