Ermənistanda zəlzələ: İrəvan silkələndi

Ermənistanın paytaxtı İrəvanda zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, təbii fəlakət yerli vaxtla saat 23:30 radələrində qeydə alınıb.
Yeraltı təkanlar Artaşat şəhərində də hiss olunub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin gücü 3,3 bal olub. Episentr isə 2,4 km dərinlikdə qeydə alınıb.
Erməni Teleqram kanallarında yayılan məlumata görə isə zəlzələ 3,6 bal gücündə hiss olunub.
Zəlzələnin episentri 8,4 km dərinlikdə, Qarni kəndindən 5 km, İrəvandan 17 km cənub-şərqdə yerləşib