Bia.Az

Putindən gözlənilməz açıqlama: Ukrayna ilə danışıqlara hazırıq

Dünya
 25-05-2024, 00:30     476

“Rusiya Ukrayna ilə danışıqlara hazırdır. Ancaq xüsusi hərbi əməliyyat zonasında bugünkü reallıqlara əsaslanaraq danışıqlara qayıtmalıyıq.”

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, Rusiya Ukrayna tərəfindən fərqli olaraq heç vaxt danışıqlardan imtina etməyib.

“İndi görürük ki, danışıqlara qayıtmaq zərurəti  yenidən yaranıb. Qoy danışıqlar bərpa olunsun. Amma Ukraynanın istəyinə uyğun yox, Belarus və Türkiyədə əldə edilmiş və bugünkü reallıqlara əsaslanan razılaşmalar əsasında danışıqlar başlamalıdır. Biz buna hazırıq”, – Putin vurğulayıb.скачать dle 12.1