Bia.Az

Ermənistan baş nazirinin müavini Aşqabada niyə getmədi? – Xumaryan səbəbi açıqladı

Dünya
 24-05-2024, 20:25     496

“Ermənistan baş nazirinin müavini Mher Qriqoryan iş qrafiki çox olduğundan MDB ölkələrinin Hökumət Başçıları Şurasının Aşqabadda keçirilən iclasında iştirak edə bilməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan deyib.

O, səbəbin texniki olduğuna diqqət çəkib.

“Mən nümayəndə heyətini təmsil etmək tapşırığını aldım və buna görə də Minskdən uçdum. Bu, münasibətlərin hər hansı pisləşməsi ilə bağlı deyil”, – səfir vurğulayıb.скачать dle 12.1