Bia.Az

Hakimiyyət kilsəni bu yolla məhv etmək və cəzalandırmaq istəyir – Danielyan

Dünya
 25-05-2024, 00:57     462

“Ermənistan hakimiyyəti bütün kilsəni iqtisadi cəhətdən cəzalandırmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Stepan Danielyan deyib.

O bildirib ki, erməni din xadimləri hakimiyyətə qarşı çıxdıqları üçün sonuncular bütün kilsəni iqtisadi cəhətdən cəzalandırmaq istəyirlər.

“Deyirlər ki, kilsə siyasi mübarizəyə girib. Bəs siyasi mübarizə dedikdə nə nəzərdə tutulur? Bunu izah etmirlər. Əgər hakimiyyət uğrunda mübarizə başa düşülürsə, bunu anlamaq olar.  Ancaq dəyərlər üçün mübarizə tamam fərqli məsələdir. Bu, partiya və hakimiyyət mübarizəsi deyil. Bir partiya Konstitusiyaya uyğun olaraq hakimiyyətə iddia edə bilər. Kilsə isə partiya deyil. O, yalnız dəyərlər uğrunda mübarizə apara bilər. Ermənistanda hakimiyyət həmişə müxalifətlə iqtisadi sanksiyalar yolu ilə mübarizə aparıb və 2018-ci ildən sonra bu üsul daha da təkmilləşdirilib”, – deyə Danielyan vurğulayıb.скачать dle 12.1