Bia.Az

Slovakiyanın baş naziri buna görə güllələnib – Yeni açıqlama

Dünya
 25-05-2024, 00:57     465

Slovakiyanın baş naziri Robert Fitsonu vuran şəxs onun Ukrayna ilə bağlı siyasətindən narazı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fitsonun həyatına sui-qəsddə təqsirləndirilən Yuray Cintula məhkəmədə deyib.

O, cinayəti ölkə rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən narazı olduğu üçün törətdiyini bildirib.

Məlumata görə, 71 yaşlı Cintula hüquq-mühafizə orqanlarına deyib ki, onun hərəkətinin səbəbi hökumətin siyasəti, ilk növbədə Fitsonun Ukraynaya hərbi dəstəyi dayandırmaq qərarı ilə bağlı olub.

O, Fitsonun bu mövqeyini  “Avropa İttifaqına xəyanət” kimi qiymətləndirib.

Yuray Cintula təkbaşına hərəkət etdiyini bildirib.скачать dle 12.1