Bia.Az

Şoyqunun şəxsi mətbuat katibi postunu tərk etdi

Dünya
 23-05-2024, 01:29     503

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Rossiyana Markovskaya digər işə keçməsi ilə əlaqədar vəzifəsindən ayrılıb.

Axar.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

“Müdafiə Nazirliyinin mətbuat katibi olduğum təxminən 7 il MiQ-31 kimi uçdu getdi. Bu dönəmi qürurla xatırlayacağam”, - deyə o İnstaqram səhifəsində yazıb.

Markovskaya paylaşdığı postda həmçinin keçmiş müdafiə naziri Sergey Şoyqu ilə birgə fotosunu da yerləşdirib.

Qeyd edək ki, 1991-ci ildə Vladivostokda doğulan R.Markovskaya jurnalistika ixtisası üzrə təhsil alıb, müxtəlif qurumlarda çalışıb. 2017-ci ildən isə Sergey Şoyqunun şəxsi mətbuat katibi təyin edilmişdi. Rusiya Federasiyasının 2-ci dərəcəli dövlət müşaviri rütbəsinə malikdir.
скачать dle 12.1