Bia.Az

Xamenei Paşinyanla görüşdü: otaqda diqqətçəkən detal – FOTO

Dünya
 22-05-2024, 16:15     425

“Mərhum prezidentimiz (İbrahim Rəisi – red.) Ermənistanın sərhəd problemlərinə böyük həssaslıqla yanaşırdı”.

Globalinfo.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Xamenei sərhəd mövzusunda İranın həssaslığına bundan sonra diqqət ediləcəyini bildirib:

“İranın Ermənistanla əlaqələrini genişləndirmək siyasəti cənab Məhəmməd Möhbərin rəhbərliyi altında davam edəcək. İranla Ermənistan arasındakı münasibətlərə düşmən kimi yanaşanlar var. Ona görə də hər iki ölkə ilə bağlı məsələlər çox diqqətlə nəzərdən keçirilməlidir”.

Qeyd edək ki, görüşün keçirildiyi zalda divarda İran İslam İnqilabının lideri, ölkənin ilk ali dini rəhbəri Ruhullah Xomeyni, masanın üzərində isə Əli Xameneidən sonra bu vəzifəyə keçməsi gözlənilən mərhum prezident İbrahim Rəisinin rəsmi yer alıb.скачать dle 12.1